Siyasət

10 min üzvü olduğu deyilən partiya seçkiyə niyə 6 namizədlə gedir? (AÇIQLAMA)

Azərbaycan Xalq Partiyası (AXP) parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.  Qaynarinfo xəbər verir ki, partiya bu seçkidə 6 nəfər üzvlə iştirak edəcək. Onlar aşağıdakılardır:  1. 48 saylı 1-ci Abşeron Seçki Dairəsi-  Məzahir İsrayılov 2. 67 saylı Sabirabad Seçki Dairəsi - Qiyas Sadıqov 3. 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi - Pənah Hüseyn 4. 70 saylı Neftçala Seçki Dairəsi - Həmzəyev Mircəlal 5. 99 saylı Bərdə Seçki Dairəsi - Mübariz İsmayılov 6. 119 saylı Ağdam Seçki Dairəsi - Hüseyn Behbudov. Bəs, 10 mindən yuxarı üzvü olan Azərbaycan Xalq Partiyası niyə seçkiyə 6 nəfər üzvlə gedir? AXP sədri Pənah Hüseyn Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, partiyanın İdarə Heyətinin seçkilərlə bağı keçirdiyi ilk toplantısında verilən qərardır: "Qarşıdakı günlərdə İdarə Heyəti yenidən toplanacaq. Güman edirəm ki, həmin toplantıda namizədlərin siyahısı artacaq. Siyahı artdıqca onu  mətbuata açıqlayacağıq".   Bahar Rüstəmli