Dünya

Tramp Ukraynaya görə Putinlə dialoq aparırmı? - Kremldən rəsmi AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna ilə sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoq aparmırlar. Bizim.Media xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib . “Xeyr, bu, belə deyil”, – deyə Kremlin sözçüsü Qərb mediasında çıxan bu xəbərləri şərh edərkən bildirib. Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, yenidən ABŞ prezidenti seçiləcəyi təqdirdə Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həllinə nail olmaq niyyətindədir. Bizim.Media