“Qazaxıstanda Sizi Azərbaycanın şəksiz Lideri, görkəmli dövlət xadimlərindən biri kimi tanıyırlar. Açıq deyirəm ki, biz Qazaxıstanda Sizin ölkənizdə baş verən bütün dəyişiklikləri böyük maraqla izləyirik, bu dəyişikliklərə ürəkdən sevinirik. Əlbəttə, sözsüz ki, burada Sizin böyük şəxsi rolunuz var və onu yüksək qiymətləndiririk”. Bizim.Media bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib. “Qazaxıstan ərazisində Ermənistanla danışıqlar üçün platforma təqdim etmək təklifimizə dərhal razılıq verdiyinizə görə Sizə minnətdaram. İlk danışıqlar Almatıda baş tutdu. Onlar kifayət qədər uğurlu, hər halda faydalı oldu”, - deyə Tokayev qeyd edib. Bizim.Media