“Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir. Sizi qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam”. Bizim.Media bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib. Bakıya, Şuşaya səfərini xatırlayan Tokayev qeyd edib ki, həqiqətən bu, dönüş yaradan, mühüm, mübaliğəsiz demək olar ki, həm də öz əhəmiyyətinə görə tarixi səfər idi: “Danışıqlar əsnasında qarşılıqlı fəaliyyətimizin, hətta deyərdim ki, bir sıra strateji sahələrdə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gələcək inkişafına böyük impuls verdik. Mübaliğəsiz deyə bilərik ki, əməkdaşlığımız, qarşılıqlı fəaliyyətimiz strateji əhəmiyyət daşıyır”. Bizim.Media