Siyasət

Müsavat parlament seçkilərində İŞTİRAK EDƏCƏK

Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.  Bizim.Media xəbər verir ki, Müsavat başqanının müavini Razim Əmiraslanli bu barədə sosial şəbəkə hesabında məlumat verib.  Sözügedən qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.  Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib. Bizim.Media