Digər
Rəqibini "rus donuzu" adlandıran azərbaycanlıya ağır cəza
Rusiya Boks Federasiyası qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Cavid Rzayevi təhqiramiz ifadələrə görə cəzalandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın "VKontakte" səhifəsində məlumat verilib.
İdmançı qurumun himayəsi altında keçirilən idman və digər tədbirlərdə iştirakdan ömürlük uzaqlaşdırılıb.
İyulun 3-də Boks Federasiyası azərbaycanlı döyüşçünün təhqiramiz sözləri ilə bağlı Rusiya Baş Prokurorluğuna məlumat verdiyini açıqlayıb. Təşkilat 22 may 2024-cü ildə "Hardcore FC Fist League" çərçivəsində baş verən insidenti nəzərdən keçirib. Yoxlamadan sonra Boks Federasiyası Rzayevi diskvalifikasiya edib və bununla bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib.
Rzayev rusiyalı Artur Kulinskini milli zəmində təhqir edərək onu "rus donuzu" adlandırıb. Rzayev daha sonra Kulinskidən üzr istəyib. Hadisədən sonra promosyonun lisenziyası dayandırılıb, lakin Liqanın köməyindən sonra Federasiya lisenziyanı yeniləyib.
Rzayevin pop MMA-da dörd qələbəsi və iki məğlubiyyəti var.
Aydın