Digər

Lənkərandakı qəzada xəsarət alanların ADLARI BİLİNDİ

Bu gün günorta saatlarında Lənkəran rayonunun Liman şəhərində baş verən qəzada 4 nəfər xəsarət alıb.  Bizim.Media xəbər verir ki, Masallı rayon Gəyəçöl kənd sakinləri 2003-cü il təvəllüdlü Məmmədəli Bahadır oğlu Nəsirov, 1984-cü il təvəllüdlü Aslan Məhərrəm oğlu Abdullayev, 1995-ci il təvəllüdlü Elton İdrak oğlu Nəsirov və Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Emin Əlişan oğlu Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.   

Xəstəxanadan verilən məlumata görə, Məmmədəli Nəsirov qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, bu gün Lənkəran rayonunun Liman şəhəri ərazisində "AzSamand" markalı minik avtomobili "Volkswagen" markalı maşınla toqquşub.   Sabutay, Bizim.Media, Cənub bürosu