Dünya

Qazax müğənni təyyarədə asayişi pozduğuna görə həbs edildi

Qazaxıstanlı müğənni Kayrat Nurtas təyyarədə asayişi pozduğuna görə 15 sutka həbs edilib.  Qaynarinfo bu barədə "Orda”ya isinadən xəbər verir. Müğənniyə qarşı Almatı-Astana reysi ilə uçan təyyarənin göyərtəsində xırda xuliqanlıq və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddələri ilə iş açılıb. Məhkəmədə Nurtas israrla zərərçəkmiş olduğunu bildirib. "Mən dava salmamışam, qurban olmuşam. Əvvəlcə məni vurdular, sonra döyməyə başladım", deyə müğənni bildirib. Kayrat Nurtas ötən gün Çimkənddə saxlanılıb. Bu günlərdə müğənnini restoran sahibi də məhkəməyə verib və ifaçını baş tutmayan tamaşaya görə avans almaqda ittiham edib. O, məhkəməni uduzub. Nurtas səhnədə nalayiq hərəkətlərə və yol hərəkəti qaydalarını pozduğuna görə də cərimə ödəyib. Aydın