Siyasət

TDT liderləri Şuşada Qarabağ Bəyannaməsini imzaladı

Türk Dövlətləri Təşkilatının liderlərinin iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsi imzalanıb. Qaynarinfo bu barədə Prezidentin mətbuat xidmətinə istinadən verir. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz imzalayıblar.