Dünya

Üç Afrika ölkəsi Konfederasiyada birləşdiklərini ELAN ETDİLƏR

Burkina-Faso, Mali və Niger hakimiyyəti Sahel Dövlətləri Konfederasiyası yaratmaq qərarına gəlib.  Bizim.Media xəbər verir ki, bu barədə AFP Qərbi Afrika ölkələrinin liderlərinin bəyanatına istinadən məlumat yayıb. “Böyük inteqrasiya” məqsədi ilə qərar Sahel Dövlətləri Alyansının Niameydə keçirilən sammitindən sonra qəbul edilib. Qeyd edək ki, 2022-ci ilin mayında və 2023-cü ilin dekabrında Mali, Burkina Faso və Niger Sahel dövlətlərinin hərəkətlərini əlaqələndirmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq regional birlik olan Sahel Beşliyindən çıxdılar. Assosiasiyaya Çad və Mavrikiy də daxil idi. 2024-cü ilin yanvarında Mali, Niger və Burkina Faso Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxdıqlarını elan etdilər. Qərar ötən ilin iyulunda hərbi çevrilişin baş verdiyi Nigerə qarşı ECOWAS-ın sanksiyaları səbəbindən verilmişdi. Bizim.Media