Siyasət

QHT sədri: "Şuşadakı Zirvə görüşü kifayət qədər əhəmiyyətli siyasi hadisədir"

"Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Zirvə görüşü Azərbaycan üçün kifayət qədər əhəmiyyətli siyasi hadisədir".  Bunu Qaynarinfo-ya "Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək" İctimai Birliyinin sədri Nazim Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının görüşünü şərh edərkən bildirib.  Nazim Əliyevin sözlərinə görə, Zirvə görüşü qeyri-rəsmi xarakter daşısa da, türk dövlətləri arasındakı birliyin sabit xarakter daşıması, həmçinin TDT-nin formal təsisat olmadığı anlamında dünyaya mesajdır.    Birlik sədri hesab edir ki, Zirvə görüşü Qarabağ konktekstində də kifayət qədər siyasi əhəmiyyət daşıyan tədbirdir.  "Qarabağ bəyannaməsinin imzalanması bunun isbatı sayıla bilər. Hesab edirəm ki, bu bəyannamə sülh prosesinin sürətlənməsinə və nəhayət, sülh müqaviləsinin imzalanmasına öz töhvəsini verəcək", deyə Nazim Əliyev vurğulayıb. Aydın