Siyasət

Tahir Kərimli seçkiyə getmək istəmir, partiyası isə israr edir

Bu gün Azərbaycan Vəhdət Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar verib.   Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın Baş Məclisinin sədri Fəxrəddin Ağazadə deyib.   O bildirib ki, partiya bu seçkidə 6 nəfərlə iştirak edəcək: "Onlardan 5-i tam olaraq seçkidə iştirak etməkdə qərarlıdır, partiya sədri Tahir Kərimli isə seçkidə iştirakdan imtina etmək istəyirdi. Amma Baş Məclis üzvləri onun seçkidə iştirakını vacib saydı. Hələlik 6 nəfərin namizədliyi irəli sürüləcək, qarşıdakı günlərdə bu say arta da bilər”.  Fəxrəddin Ağazadə yaxın saatlarda siyahının MSK-ya təqdim olunacağını vurğulayıb: "Tahir müəllim seçkidə iştirakdan imtina edir. Amma məcbur edirik ki, namizəd olsun. Əgər Tahir müəllim seçkidə iştirak etsə, namizədliyini 90 saylı Ağsu seçki dairəsindən irəli sürəcək”. Bahar  Rüstəmli