Siyasət
İfrat sağçılar Avropa Parlamentində “Avropa naminə Vətənpərvərlər” qrupu yaratdı
Avropa Parlamentində Fransanın ifrat sağçı Milli Birlik Partiyasının rəhbəri Cordan Bardellanın başçılığı ilə "Avropa naminə vətənpərvərlər” parlament qrupu yaranacaq.
Bu barədə Qaynarinfo Britaniyanın "The Guardian” nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, belə bir qrupun yaradılması təşəbbüsü Macarıstanın baş nazir Viktor Orban tərəfindən irəli sürülüb. Qrup 80 deputatdan ibarət olacaq və Avropa Parlamentində üçüncü ən böyük bloka çevriləcək.
"Avropa naminə vətənpərvərlər"in tərkibinə öz dövlətlərinin ifrat sağçı partiyalarını təmsil edən 12 ölkədən avrodeputatlar daxil olacaq.
* Le Penin Milli Birlik Partiyası;
* Viktor Orbanın Fides Partiyası;
* Avstriyanın ifrat sağçı Azadlıq Partiyası;
* Niderlandın Azadlıq Naminə Partiyası;
* Yunanıstanın Ağlın Səsi Partiyası;
* İspaniyanın Vox Partiyası;
* Belçikanın Flamand Marağı Partiyası və s.
Yeni qrupun üzvləri birliyin nizamnaməsini rəsmiləşdirmək üçün Brüsseldə bir araya gəliblər.
Matteo Salvininin rəhbərlik etdiyi "İtaliya Liqası” da yeni fraksiyaya qoşulmaqda maraqlı olduğunu bildirsə də, partiya iştirakını təsdiqləməyib.
Xatırladaq ki, iyunun 30-da Viktor Orban "Avropa naminə nətənpərvərlər” qrupunu yaratmaq niyyətində olduğunu bəyan edib. Avropa Parlamentində təsdiqlənməsi üçün o, kifayət qədər sayda partiyanı cəlb edə bilib.
Birlik üzvləri Ukraynaya hərbi yardımın əleyhinədir. Onlar həmçinin mühafizəkar ailə dəyərlərini müdafiə edirlər və Aİ-yə mühacirlərə qarşı sərt siyasət aparırlar.
Nizami Bağırov