Bu gün Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli danışıqlar baş tutacaq. Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb. Məlumata görə, görüş Vaşinqtonda əldə olunmuş razılığa əsasən baş tutacaq. Bizim.Media