“125 seçki dairəsi üzrə 6400-dən artıq məntəqədə seçkilərin keçirilməsi üçün şərait yaradırıq”. Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. MSK sədri bildirib ki, xüsusilə azad olunmuş ərazilərdə Milli Məclisə seçkilərə də ilk dəfə vətəndaşlar səs verəcək: “Azad olunmuş ərazilərdə seçki məntəqələrinin sayı artacaq. Elə dünən orada 8 məntəqə yaratdıq. Bu dəfə azad olunmuş ərazilərdə seçkilər daha geniş şəraitdə keçiriləcək. O bölgədəki seçkilərə xüsusi fikir veririk”. Günay Şahmar, Bizim.Media