Siyasət
Sabiq nazir deputat olmaq istəyir? (AÇIQLAMA)
Sentyabrın 1-i Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu dəfə parlamentə düşəcək şəxslərin arasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun adını hallanır.
Sabiq nazir dairələrin birindən namizədliyini irəli sürəcəyi deyilsə də, konkret hansı dairə olacağı açıqlanmır.
Lakin Tofiq Zülfüqarov Qaynarinfo-ya açıqlamasında belə bir fikiri olmadığını bildirib:
"Deyilənlər həqiqət deyil. Deputat olmaq kimi bir arzum, istəyim yoxdur".
Qeyd edək ki, Tofiq Nadir oğlu Zülfüqarov 1 noyabr 1959-cu ildə Rusiyanın Rostov şəhərində anadan oplub. Ailəsi 1961-ci ildə Bakıya köçüb. Diplomatı 1998-1999-cu illərdə xarici işlər naziri, 2005-2010-cu illərdə Azərbaycanın Latviyadakı, 2007-2015-ci illərdə Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olub.
Bahar Rüstəmli