Siyasət
Kamran Əsədov deputatlığa namizəd oldu
Təhsil eksperti Kamran Əsədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verib.
Qaynarinfo xəbər verir ki, bu barədə onun özü bildirib.
Kamran Əsədov qeyd edib ki, 70 saylı seçki dairəsindən namizədliyini irəli sürüb:
"İslahatlara dəstək vermək üçün seçki prosesinə qoşuldum. 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün insanı, daşı, torpağı ilə mənə doğma olan Neftçala rayonundan, 70 saylı seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm və imzatoplama kampaniyasına start verdim.
Keçən seçkidən sonrakı 4 il ərzində Neftçalada böyük işlər görülüb və indi də davam edir.
Neftçalada təkcə ölkə əhəmiyyətli yox, dünya miqyasında olacaq enerji və digər vacib layihələr həyata keçirilir.
Düşünürəm ki, Neftçalamın daha da inkişafına təkan verəcək bilik və bacarıqlara sahibəm".