Texnologiya

Yalnız robotların işləyəcəyi fabrik açıldı - Saniyədə bir smartfon istehsal edəcək

Pekin "Xiaomi" smartfonlarının istehsalı üçün yeni nəsil fabrikinin işə salındığı yerə çevrilib.  Qaynarinfo xəbər verir ki, bu barədə "GizmoChina" şirkətin baş direktoru Ley Jun bildirib. 81 min kvadratmetr sahədə yerləşən yeni zavodda bütün əməliyyatlar robotlar tərəfindən həyata keçirildiyi üçün insanların iştirakı tamamilə istisna edilir. Bütün istehsal avadanlığı bir-biri ilə avtonom şəkildə qarşılıqlı əlaqə qurmağa və kristal təmizliyini qorumağa, hətta mikro səviyyədə də tozu təmizləməyə qadirdir. Ağıllı sistemlər məhsulların keyfiyyətinə nəzarət edir. Ley Jun ağıllı fabrikin açılışını "Xiaomi" üçün gələcəyi araşdırmaqda kiçik bir addım adlandırıb. İstehsal prosesi saniyədə bir smartfon istehsal etmək üçün qurulub. Yeni fabrikin illik istehsalı ən azı 10 milyon smartfon təşkil edir. "Xiaomi" yeni istehsal prosesinin inkişafına 2,4 milyard yuan sərmayə qoyub. Pekində yeni açılan zavod ağıllı istehsal üçün milli istinad müəssisəsi kimi sertifikatlaşdırılıb. Yeni zavod "Xiaomi MIX Fold 4" və "Xiaomi MIX Flip" telefonlarını istehsal edəcək. "Xiaomi" artıq istehsal prosesində avtomatlaşdırmadan istifadə təcrübəsinə malikdir. 2019-cu ildə "Xiaomi"nin Pekindəki ağıllı fabriki tamamlayıb və istehsala hazır olub. Orada qatlanan "Xiaomi MIX Fold" istehsalına başlanılıb. Aydın