Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi"nin yoldaşlıq matçında qarşılaşacağı rəqiblər bəlli olub. Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi ilk olaraq iyulun 13-də Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor"la qarşılaşacaq. Növbəti yoxlama matçı isə iyulun 17-də "Sivasspor"a qarşı keçiriləcək. İyulun 8-də Türkiyəyə yollanan paytaxt təmsilçisinin üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. Rəşad Rafiqoğlu, Bizim.Media