İtaliyanın "İnter" klubu baş məşqçi Simeone İnzaqi ilə bağlı qərar verib. Bizim.Media xəbər verir ki, A Seriyası təmsilçisi italyan mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İnzaqi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Qeyd edək ki, Simeone İnzaqi 2021-ci ilin iyun ayında "İnter"in baş məşqçisi təyin olunub. Milan təmsilçisi 2023/2024 mövsümündə 48 yaşlı məşqçinin rəhbərliyi altında İtaliya çempionu olub. Rəşad Rafiqoğlu, Bizim.Media