Siyasət

Partiya sədri, xanımı və qayınatası deputatlığa namizəd oldu

Ağ Partiyanın sədri Tural Abbaslı və onun həyat yoldaşı, Ağ Partiyanın sədr müavini Nərmin Abbaslı parlament seçkilərinə qatılacaqlar.  Qaynarinfo Unikal.az-a istinadən xəbər verir ki, Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsində namizədliklərini irəli sürüblər. Tural Abbaslının qayınatası, Nərmin Abbaslının atası İkram İsrafil də deputat olmaq istəyir. Belə ki, Milli Məclisin 3-cü çağırış deputatı olmuş İkram İsrafil Müsavat Partiyasının üzvüdür. O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.