Digər

Ermənistandakı zəlzələ Azərbaycanda da HİSS OLUNUB

Ermənistanda baş verən zəlzələ Azərbaycanda hiss olunub.  Bu barədə Bizim.Media-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı bürosundan məlumat verilib.  Bildirilib ki, zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində 3 bala qədər hiss olunub.  Qeyd edək ki, bu gün Ermənistanın Sünik rayonunda (Zəngəzur) 3,5 bal gücündə zəlzələ baş verib. Bizim.Media