Digər

Avro-2024-ün ən yaxşı qolu - VİDEO

Avro-2024-ün ən yaxşı qolu açıqlanıb. Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, yarımfinalda İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən yaxşısı seçilib. 16 yaşlı futbolçu qarşılaşmanın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından rəqib qapısına yol tapıb.  Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub.   

Bizim.Media