Digər

YAP Vasif Talıbovu Ziyafət Əsgərovla əvəzlədi

Xəbər verdiyimiz kimi Yeni Azərbaycan Partiyası VII çağırış Milli Məclisə seçkilərlə bağlı öz namizədlərinin siyahısını hazırlayıb. Maraq doğuran məqamlardan biri də uzun illər parlamentə təmsil olunan Vasif Talıbovun adının siyahıda olmamasıdır.  Nəzərə alaq ki, Vasif Talıbov birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Amma bu dəfə həmin dairədən Vasif Talıbovu Ziyafət Əsgərov əvəz edib. Surxay Atakişiyev, Bizim.Media