Siyasət

Sabiq deputat seçkilərdə iştirak etməyəcək

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.  Bu barədə Qaynarinfoya onun özü məlumat verib.  Sədr seçkilərdə partiyanın iştirak edəcəyini açıqlayıb: "Belə qərar verdik ki, mən seçkilərdə iştirak etməyim. Amma partiyanın 10-dan yuxarı səlahiyyətli şəxsləri seçkilərdə iştirak edəcək". Qeyd edək ki, Fərəc Quliyev Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədridir. Bahar Rüstəmli