Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir. Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Oksforddakı Blenheim sarayına gedib. Saraya daxil olan zaman jurnalistlər Prezident İlham Əliyevə sülh prosesinin necə irəlilədiyi ilə bağlı sual ünvanlayıblar. Azərbaycan Prezidenti jurnalistlərin sualına cavab olaraq gülümsəyərək əli ilə “əla” işarəsi göstərib. Qeyd edək ki, bundan bir qədər sonra rəsmi Bakı Ermənistan baş nazirinin Azərbaycan Prezidenti ilə görüşdən imtina etdiyini, bu addımın sülh danışıqlarından geri çəkilmək kimi qəbul edildiyini açıqlayıb. Bizim.Media