Siyasət

Prezidentliyə sabiq namizəd parlament seçkilərində iştirak etməyəcək

Azərbaycan Liberal Demokrat Partiyasının sabiq sədri, Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bu barədə Qaynarinfo-ya açıqlamasında Müstəqil Həmkarlar Birliyinin təsisçilərindən Xəzər Xəzər məlumat verib. O, birliyin bu barədə qərarı olduğunu bildirib. Qeyd edək ki, Azərbaycan Liberal Demokrat Partiyasının sabiq sədri Fuad Əliyev son prezident seçkilərində namizəd olub. Bahar Rüstəmli