Digər

Ədliyyə Nazirliyinə yeni SƏLAHİYYƏT verildi

"Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"na dəyişiklik edilib. Bizim.Media xəər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin, onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək. Bizim.Media