“Seçki sənədlərinin məhkəmə səviyyəsində hazırlanmasında böyük nailiyyətlər əldə edilib”. Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib. MSK sədri qeyd edib ki, bu dəfəki seçkilərdə də standartlara uyğun şəkildə proses idarə olunacaq: "İlk dəfə olaraq Azərbaycanın beynəlxalq hüquq normalarına görə tanınan bütün suveren ərazilərində parlament seçkiləri keçirilir. Bu çox əhəmiyyətli olduğundan seçkilərin beynəlxalq hüquq normalarına uyğunluğu vacibdir. Ona görə beynəlxalq müşahidəçilərin prosesi izləməsi də önəmlidir. Yerli müşahidəçilərə birlikdə indiyə qədər 100 minə yaxın müşahidəçi seçkiləri izləyib". Nuranə Daxilqızı, Bizim.Media