Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana “Aston Villa”nın futbolçusu olub, Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngiltərə mətbuatı bu transfer üçün "Aston Villa"nın 50 milyon funt-sterlinq (59,5 milyon avro) ödədiyini yazıb. 22 yaşlı futbolçu Avro-2024-də Belçika millisinin heyətində 4 oyuna çıxıb. Onana 2022-ci ildən "Everton"da çıxış edirdi. Ötən mövsüm yarımmüdafiəçi klubun heyətində bütün turnirlərdə 37 oyun keçirib və 2 qol vurub. Bizim.Media