Siyasət

Neçə nəfərin deputatlığa namizədliyi qeydə alınıb?

Azərbaycanda daha 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Qaynarinfo xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1200-ə yaxın namizəd olmaq üçün müraciət edib: "Onların çoxu artıq təsdiq olunub, 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb". MSK sədri həmçinin 950-ə yaxın müşahidəçinin qeydə alındığını da söyləyib: "26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edir. Onların 600 nəfərə yaxın çox səlahiyyətli nümayəndəsi qeydə alınıb".