General-leytenant Niyazi Xanbaba oğlu Hacıyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Niyazi Hacıyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəis müavinidir. Bizim.Media