Siyasət

MSK-dan Polad Bülbüloğlu ilə bağlı açıqlama

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu növbədənkənar parlament seçkilərində namizədlik üçün müraciət edib. Bu barədə Qaynarinfo-ya Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Qeyd edilib ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilib. MSK-dan o da bildirilib ki, ona imza vərəqələri verilib.