Siyasət

Amerikalı analitik: “Tramp biabırçı şəkildə məğlub olacaq” – ÖZƏL

“81 yaşlı Co Baydenin namizədlikdən getməsi ilə onun çox qoca və xəstə olması ilə bağlı mübahisələr də aradan qalxdı. 78 yaşlı Donald Tramp artıq qocadır. 500.000-dən çox insan 2024-cü il kampaniyası dövrünə Kamala Harrisin seçilməsi üçün ilk töhfəsini verdi”. Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı politoloq Con Samuel Taymen (John Samuel Tieman) bildirib. ABŞ-da keçiriləcək prezident seçkilərini şərh edən analitik, Kamala Harrisin seçilmək şansının çox olduğunu deyib.  

“Harris qalib gəlsə...” “Amerikalılar vitse-prezident Kamala Harrisin Demokratların namizədi olacağına demək olar ki, əmindirlər. O, Barak Obamanın bazası ilə Hillari Klintonun bazasını birləşdirəcək. Bu çətin olmayacaq. Çünki o, qalib gəlsə, ABŞ-ın ilk qadın və ikinci afro-amerikalı prezidenti olacaq.  Digər məqam isə ondan ibarətdir ki, Harris qanunvericilik təcrübəsinə sahibdir. Kamala Harris Kaliforniyanın keçmiş Baş prokuroru olub. Beləliklə, onun qanunu icra edən biri kimi mövqeyi cinayətkar kimi ad qazanmış Trampdan tamamilə fərqli olacaq”.  “Trampın qələbəsi mümkün deyil” Analitik bildirir ki, Tramp seçkilərdə biabırçı səs fərqi ilə məğlub olacaq: “Tramp bazasını genişləndirmək üçün heç nə etməyib. Problem də məhz buradadır. O, Hillari Klintondan 3 milyon, Baydendən isə 7 milyon az səs toplamışdı. Məncə, Trampın qələbəsi mümkün deyil. Harrisin indi kampaniyaya gətirdiyi ən böyük şey ümiddir”, - Con Samuel əlavə edib. Tehran Orucoğlu, Bizim.Media