Dünya

640 metrlik asteroid Yerə yaxınlaşır

523664 (2012 OD1) asteroidi iyulun 28-i bazar günü Yer kürəsinin yaxınlığından keçəcək. Qaynarinfo xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb. NASA-nın məlumatına görə, asteroidin uzunluğu 640 metrdir. O, Yerdən cəmi 3,55 milyon kilometr məsafədə uçacaq. Asteroidin sürəti 85 284 km/saatdır. Əgər asteroid Yerə 7,5 milyon kilometrdən daha yaxın məsafədə yaxınlaşırsa və ölçüsü 150 metri keçərsə, NASA onu "potensial təhlükəli obyekt" hesab edir. Asteroid 523664 (2012 OD1) hər iki meyara uyğun gəlir. Qeyd edək ki, bundan əvvəl NASA cümə axşamı, iyulun 25-də 380 metrlik 2011 MW1 asteroidinin Yer kürəsinin yaxınlığından uçacağını açıqlamışdı. Aydın