Digər

“Qalatasaray”ın futbolçusu Rusiya klubuna keçdi

"Qalatasaray"ın futbolçusu Kazımcan Karataş karyerasını Rusiyada davam etdirəcək. Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi türk müdafiəçini "Orenburq"a icarəyə verib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.  21 yaşlı futbolçu 2024/2025 mövsümünü Premyer Liqa təmsilçisinin heyətində keçirəcək. Qeyd edək ki, sol cinah müdafiəçisi olan Kazımcan Karataş ötən mövsümün ikinci yarısında "Ankaragücü"də çıxış edib. Rəşad Rafiqoğlu, Bizim.Media