Abşeronda bir yaşlı körpə hovuza düşərək boğulub. Bizim.Media “Report”a istinadən xəbər verir ki, hadisə Novxanı bağlarında qeydə alınıb. 2023-cü il təvəllüdlü Alpay Murad oğlu Rəcəbov yaşadığı evin həyətində hovuza yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Bizim.Media