Siyasət
Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı
Politoloq Elxan Şahinoğlunun deputatlığa namizədlyi qeydə alınmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə özü məlumat verib.
Qeyd edək ki, Elxan Şahinoğlu növbədənkənar parlament seçkilərinə 119 saylı Ağdam dairə seçki komissiyasına təqdm etmişdi.
Bu dairədən VI çağırış Milli Məclisin Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Ramil Səfərovun xanımı Şəbnəm Səfərova da namizəddir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə 119 saylı Ağdam seçki dairəsindən "Azərişıq" ASC-nin Ağdam Elektrik Şəbəkəsinin rəisi İbrahim Məmmədovun namizədliyini dəstəkləyir.
Bahar Rüstəmli