Siyasət

390 nəfərin deputatlığa namizədliyi QEYDƏ ALINDI

Növbədənkənar parlament seçkilərinə 390-a yaxın namizəd artıq qeydə alınıb. Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Sədr bildirib ki, 1200-dən çox şəxs imza vərəqələrini götürüb. Onlardan 660 nəfər imza vərəqələrini geri qaytarıb. M.Pənahov onu da qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edəcək. Bizim.Media