Sabah Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin cənazəsi ilə vida mərasimi olacaq. Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Shahrara News” saytı yayıb. Məlumata görə, Tehran sakinləri bu gün Fələstin meydanında saat 17:00-da HƏMAS liderinə qarşı törədilən terror aktını pisləmək üçün aksiya keçirəcəklər. Qətərin hökumət mənbələri bildirir ki, İsmayıl Həniyə avqustun 2-də bu ölkənin paytaxtı Dohada torpağa tapşırılacaq. Bizim.Media