Polşanın “Visla” (Krakov) klubunun ispaniyalı hücumçusu Anxel Rodadonun "Neftçi"yə keçidi baş tutmayacaq. Bizim.Media xəbər verir ki, bir neçə gündür Polşa mətbuatı ispaniyalının “ağ-qaralar”la müqavilə imzalayacağını iddia edirdi. Lakin ispaniyalı forvard Krakov təmsilçisi ilə müqavilə müddətini 2027-ci ilə qədər artırıb. Klubun mətbuat xidməti isə məsələ ilə bağlı belə açıqlama verib: “Bizimlə qalmağına görə şadıq”. Xatırladaq ki, Rodado “Malyorka B”, “İbiza”, “Barselona B” komandalarında oynadıqdan sonra 2022-ci ildə “Visla”ya keçib. Rəşad Rafiqoğlu, Bizim.Media