Siyasət
“Paşinyan artıq özü üçün ən çətin addımı atıb”
"Paşinyan Ermənistan Konstitusiyasına müvafiq dəyişikliyin edilməsini təmin etməlidir”.
"Qafqazinfo” "Politico” nəşrinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vaşinqtondakı Hadson İnstitutunda etdiyi çıxışında bildirib.
O, Ermənistan Baş nazirinin artıq ən çətin addımı atdığını qeyd edib: "Paşinyan artıq özü üçün ən çətin addımı atıb və Azərbaycana qarşı ərazi iddialarının olmamasını və ölkəmizin ərazi bütövlüyünü tanıdığını dəfələrlə açıq bəyan edib. İndi isə o öz hərəkətlərini həmin bəyanatlara uyğunlaşdırmalıdır və gözləntimiz ondan ibarətdir ki, o, Ermənistan Konstitusiyasına müvafiq dəyişikliyin edilməsini təmin etməlidir”.