Siyasət

DSK-lara müraciət üçün müddət bitdi (YENİLƏNİB)

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatıb. Qaynarinfo-nun xəbərinə görə, prosesə 18:00-da yekun vurulub. Qeyd edək ki, deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə iyulun 13-dən başlanılmışdı. 08.58   Bu gün deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır. Qaynarinfo xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si saat 18:00-dək davam edəcək.