Digər

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - FOTO/VİDEO

Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada yanğın olub. Bizim.Media "apa.az"a istinadən xəbər verir ki, hadisə MİDA yaşayış kompleksində qeydə alınıb. Yanğın nəticəsində yaşayış binasının şaxtasındakı elektrik naqilləri yanıb. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub. Yanğın söndürülüb. Bizim.Media