Siyasət
Deputatlığa neçə nəfərin namizədliyi qeydə alınıb?
Növbədənkənar parlament seçkilərində 881 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, ümumilikdə 1 508 nəfər namizədlik üçün müraciət edib.
"590 nəfər 22 siyasi partiyadan irəli sürülüb. 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 1420 nəfərə imza vərəqi verilib, 1191 nəfər isə imza vərəqələrini qaytarıb”, - o deyib.