Digər

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 4-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. Bizim.Media xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 59 imtahan rəhbəri, 76 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.  

Avqustun 5-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın üç gün ərzində elan edilməsi nəzərdə tutulur. Bizim.Media