Siyasət

Azərbaycan XİN vətəndaşları Fələstin və İsrailə səfər etməməyə çağırdı (YENİLƏNİB)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb. Bu barədə Qaynarinfo-ya XİN-dən məlumat verilib. Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur: "Hal-hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - məlumatda qeyd olunub. 17.02   Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Fələstinə səfər etməməyə çağırıb. Bu barədə Qaynarinfo-ya XİN-dən məlumat verilib. Bildirilib ki, Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur. "Hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir", - məlumatda qeyd olunub.