Siyasət

XİN İsraildəki vətəndaşlarımıza da ÇAĞIRIŞ ETDİ

İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur.  Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycn Respublikası Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.  Bildirilib ki, hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.  Bizim.Media