“ABŞ Məxfi Xidməti rəsmiləri keçmiş prezident Donald Trampın həyatına növbəti cəhd ola biləcəyindən ehtiyat edirlər”. Bizim.Media xəbər verir ki, Missuri ştatından olan ABŞ senatoru Coş Hauli bunu "Fox News" telekanalına müsahibəsində deyib. “Düzünü desəm, onlar qorxurlar ki, bu (cəhd) yenidən baş versin. Bunun bir daha baş verməsinə icazə verə bilmərik. Biz faktları əvvəlcədən əldə etməliyik”, - deyə o bildirib. Xatırladaq ki, Trampa qarşı sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası çərçivəsində onun seçicilər qarşısında çıxışı zamanı baş verib. Sabiq prezident sui-qəsd cəhdindən yüngül xəsarət alaraq xilas olub. Bizim.Media