Siyasət
Nemət Pənahlı seçkiyə qatıla bilmədi: "İndi o halda deyiləm..."
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının deputatlığa namizədliyi qeydə alınmayıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında onun özü məlumat verib.
Sədr bildirib ki, 27 saylı Sabunçu 2-ci seçki dairəsi onun namizədliyi qeydə almaqdan imtina edib:
"Danışa bilmirəm. Bu dəqiqə o halda deyiləm, vacib işlərim var. Qeydə almadılar, imtina etdilər".
Qeyd edək ki, 27 saylı Sabunçu 2-ci seçki dairəsində YAP-ın namizədi, Milli Məclisin sədri Səbinə Qasımova və AMİP sədri Arzuxan Əlizadə də namizəddirlər.
Bahar Rüstəmli